Our school is not in your city

Şagirdlərin nailiyyətlərinin statistikası

2017-ci ilin sonuna kimi "Sport Tracker" sistemini sizə təqdim edəcəyik: tələbələrin geyimində,
top və qapılarda yerləşdirilmiş xüsusi cihazlar, gənc oyunçuların mühüm xüsusiyyətləri haqqında
sistemə məlumat verəcəkdir.

"Sport Tracker" uşağın oyun və məşq zamanı necə hərəkət edərək yerini dəyişdiyi, nə qədər və hansı orta və maksimal surətlə qaçdığı barədə məlumatlar verir. Şagirdin dəqiqliyi, zərbə gücü və bütün texniki-taktik hərəkətləri də qeydə alınacaq.

Saytımızda valideynin şəxsi kabinetində və mobil telefon vasitəsi ilə, valideynlər müəyyən bir müddət ərzində uşaqlarının təlim nəticələrinə dair obyektiv məlumatlar əldə edə biləcəklər.

"Sport Tracker"-in köməyi ilə məşqçilər bu və ya digər tapşırıqların şagirdlərin inkişafına necə təsir göstərdiyini izləyib, məşq prosesini daha düşünülmüş şəkildə və fərdi yanaşma əsasında quracaqlar.